“Barselona”nın futbolçusu Jordi Alba sıradan çıxıb.

Rekord.az xəbər verir ki, 30 yaşlı müdafiəçi La Liqanın 24-cü turunun “Xetafe” ilə matçında (2:1) zədələnib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Alba, qarşılaşmanın 22-ci dəqiqəsində Junior Firpoyla əvəzlənib.

Albanın son durumu tibbi müayinədən sonra bilinəcək. İspaniya mətbuatının xəbərinə görə ispan müdafiəçi bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.