İspaniya La Liqasının 9-cu turunda "Qranada" ilə heç-heçə (2:2) etdikləri oyunda zədələnən "Barselona"nın futbolçusu Jül Kundenin durumuna aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, sol dizindən xəsarət alan 24 yaşlı müdafiəçi beş həftə sonra yaşıl meydanlara qayıda biləcək.

Xatırladaq ki, Kunde komanda yoldaşı Qavi ilə toqquşduqdan sonra zədələnib və 44-cü dəqiqədə əvəzlənib.