"Barselona"da hamı Messi üçün oynayırdı və o, meydanda gəzirdi"
- 06 Okt 2021 10:11
- 474
Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku hücumçu Lionel Messinin "Barselona"dan PSJ-yə keçidindən danışıb .
Rekord.az xəbər verir ki, o, "Telekomsport"a açıqlamasında argentinalı oyunçu ilə bağlı deyib: "Messinin nəyə güvəndiyini bilmirəm. Amma 34 yaşında başqa komandaya keçmək və komandaya qoşulmaq asan deyil. "Barselona"da hər kəs onun üçün oynayırdı və Lionel yalnız meydanı gəzirdi. Çünki hər oyuna 8 km -dən çox qaçmırdı. Ancaq topla birlikdə olan həlledici oyunçu olurdu. Buna icazə verilirdi".
Xatırladaq ki, Messi avqusda PSJ ilə iki illik müqavilə imzalayıb.