İspaniyann “Barselona" klubunun futbolçularından götürülən koronavirus analizlərinin nəticələri açıqlanıb.

Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, oyunçuların, məşqçiləri və klubun digər əməkdaşlarının testinin nəticəsi mənfi çıxıb.

Futbolçuların karantində qalmasına ehtiyac olmadığı bildirilib. Onların sabahdan fərdi məşqlərə başlayacağı vurğulanıb.

Qeyd edək ki, Kataloniya təmsilçisinin oyunçuları ötən gün koronavirus testindən keçmişdilər.