"Barselona" prezidenti Joan Laporta baş məşqçi Ronald Kuman və onun agenti Rob Yansenlə görüşüb.

Rekord.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, iclas "Kamp Nou"da keçirilib və təxminən yarım saat davam edib. İclasda Kumanın komandadakı gələcəyi müzakirə olunub.

Qeyd edək ki, bundan əvvəl mətbuatda Laportanın niderlandlı mütəxəssisin istefasına tələsməyə hazırlaşmadığı və əvvəlcə klubun maliyyə göstəricilərini qiymətləndirmək istədiyi xəbərləri yayılıb.