COVID-19 pandemiyası səbəbilə ciddi maliyyə itkilərinə məruz qalan "Barselona" futbolçularla maaşların azaldıqlası istiqamətində danışıqlara davam edir.

Rekord.az xəbər verir ki, lub bununla 190 milyon avroya qənaət etmək niyyətindədi.

İspaniya KİV yazır ki, daha əvvəl 6-11,5 faizlik kəsintiyə razılaşan komanda üzvlərinin əksəriyyəti 2020/21 mövsümü üçün nəzərdə tutulan növbəti endirimə isti yanaşmır.

Xosep Mariya Bartomeunun istefasından sonra müvəqqəti olaraq klub prezidentinin səlahiyyətlərini icra edən Carlos Tuskets həftənin əvvəlindən etibarən futbolçuların agentləri ilə danışıqları davam etdirir.

Jerar Pike, Mark-Andre ter Ştegen, Kleman Lanqle və Frenki de Yonq məvacibdə azalmaya razılaşaraq yeni müqavilə imzalayıb.

Digər futbolçular isə növbəti prezident seçkilərinə qədər müvəqqəti olaraq maaşların azaldılmasını təklif edir. Kataloniya klubuna yeni prezident ən gec gələn ilin martınacan məlum olmalıdı.