"Barselona"da oynamadığına görə xoşbəxt olanlar da varmış
- 06 İyn 2020 18:00
- 547
PSJ-nin futbolçusu Anxel di Maria üç il əvvəl “Barselona”dan təklif alıb.
Rekord.az xəbər verir ki, bu barədə argentinalı futbolçu “L'Equipe” nəşrinə müsahibəsində deyib.
“Barselona” mənim transferimlə əlaqədar PSJ ilə danışıqlar apardı. Amma mənə Parisdə yaxşıdır. Klubum da məni buraxmaq istəmədi. “Barselona”ya keçmədiyimə görə xoşbəxtəm. Burada qalmaq ən doğru qərar idi. Karyeramı PSJ-də bitirmək istəyirəm” – deyə o qeyd edib.