"Barselona"da özünü yaxşı hiss etmir
- 25 Yan 2021 12:15
- 614
"Barselona"nın müdafiəçisi Serdjino Dest hazırda komandasında özünü yaxşı hiss etmədiyini deyib.
Rekord.az xəbər verir ki, o bildirib: "Mənə özümə inamı qaytarmaq vacibdir. Bu halda əvvəlkitək oynaya, öz potensialımı qaytara biləcəyəm. İndi isə özümü komfort hiss etmirəm".
20 yaşlı Dest "Barselona"ya 2020-ci ilin yayında "Ayaks"dan keçib (21 milyon avroya). Amerikalı futbolçu bu mövsüm 21 matçda 1 qol vurub və 1 qolun ötürməsini verib.