İspaniyanın “Barselona” klubunda prezident seçkilərinin vaxtı açıqlanıb.

Rekord.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Barselona”da prezident seçkiləri martın 20-21-də keçiriləcək.

Seçkilər müxtəlif yerlərdə keçiriləcək və poçt vasitəsilə də səsvermə mümkün olacaq.

“Barselona”nın hazırkı prezidenti Xosep Maria Bartomeu bu dəfə namizədliyini irəli sürməyəcək. Çünki o, ardıcıl iki dəfə bu vəzifəyə seçilib.