İspaniyanın “Barselona” klubunda növbəti prezident seçkisinin vaxtı müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, növbəti prezident seçkisi 2021-ci ildə, martın 15-də keçiriləcək.

Kataloniya klubunun hazırkı prezidenti Xosep Maria Bartomeudur. Azarkeşlər mövsümü uğursuz tamamlayan klubun indiki rəhbərliyinin idarəçiliyindən narazıdır.