“Barselona”da Ter Ştegen şoku - 4 ay olmayacaq
- 18 Avq 2020 19:20
- 690
İspaniyanın “Barselona” klubunun qapıçısı Mark-Andre Ter Ştegen əməliyyat olunacaq.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Almaniyalı futbolçu bu gün dizindən əməliyyat olunacaq.
İspaniya mətbuatı 28 yaşlı futbolçunun 3-4 ay müddətinə yaşıl meydanlardan kənarda qalacağını ehtimal edir.