“Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisi “Boka Xuniors”dan Santyaqo Ramos Minqonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı müdafiəçi ilə 3+2 şərti ilə müqavilə imzalanıb.

Santyaqo “Barselona”nın B komandasının formasını geyinəcək.