İspaniya çempionu “Barselona” heyətini yeni futbolçuyla gücləndirib.

Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisi Portuqaliyanın “Braqa” klubundan Fransisko Trinkaonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

“Barselona” Trinkao üçün 31 milyon avro ödəyəcək.

20 yaşlı hücumçu mövsümün sonuna qədər “Braqa”da forma geyinəcək. 21 yaşadək futbolçulardan ibarət Portuqaliya millisinin də üzvü olan Trinkao yayda “Barselona”ya qoşulacaq.