![photo](https://www.rekord.az/storage/uploads/5/1692192533-du.jpg)
"Barselona"da yeni idman direktoru
- 16 Avq 2023 18:16
- 296
Portuqaliya millisinin sabiq futbolçusu Deko İspaniyanın "Barselona" klubunun idman direktoru təyin olunub.
Rekord.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Deko 2004-2008-ci illərdə "Barselona"da çıxış edib. O, komanda ilə iki dəfə İspaniya çempionu olub və bir dəfə UEFA Çempionlar Liqasını qazanıb.