![photo](https://www.rekord.az/storage/uploads/4/roberto.jpg)
“Barselona”da yeni kapitan
- 10 İyl 2023 23:00
- 257
Serci Roberto "Barselona"nın yeni kapitanı olub.
Rekord.az xəbər verir ki, bu barədə Kataloniya klubu sosial şəbəkədəki səhifəsində məlumat yayıb.
Mark-Andre ter Ştegen 2-ci, Usman Dembele 3-cü kapitan olacaqlar.
Xəbərdə həmçinin bu gün futbolçuların istirahətdən qayıtdıqdan sonra ilk məşqə çıxdıqları vurğulanıb.
31 yaşlı Serci Roberto 2013-cü ildən "Barselona"da çıxış edir. Ötən mövsüm ispan müdafiəçi bütün turnirlərdə 33 oyuna çıxıb, 4 qol vurub və 3 qolun ötürməsini verib.
Xatırladaq ki, ötən mövsüm komandanın kapitanı Serxio Buskets idi. O, iyunda "Barselona"dan ayrılıb və azad agent kimi "İnter Mayami"yə keçib.