"Barselona" futbolçusu Mark Bernalla yeni müqavilə imzalayıb.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2026-cı ilin iyununa kimi uzadılıb.

Sözləşməni daha 3 il uzatmaq imkanı var. Ona 500 milyon avro təzminat qiyməti qoyulub.

Yarımmüdafiəçi əsas komandada İspaniya çempionatının ilk turunda “Valensiya” ilə matçda debüt edib, daha sonra “Atletik” və “Rayo Valyekano” ilə görüşlərdə iştirak edib. Son matçdan sonra futbolçuya ön çarpaz bağın və xarici meniskinin zədələnməsi diaqnozu qoyulub və o, əməliyyat olunub. Bernalın gözlənilən sağalma müddəti 12 aydır.