İspaniyanın "Barselona" komandası müdafiəçisi Pau Kubarsi ilə müqavilə müddətini uzadıb.


Rekord.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.


18 yaşlı futbolçu kataloniyalılarla 2029-cu il iyun ayına qədər yeni sözləşmə imzalayıb.


Gənc oyunçu əsas kollektivin heyətində ötən ilin yanvarında debüt edib və o vaxtdan 60 oyunda meydana çıxıb.