"Barselona"nın qapıçısı Neto bu qış transfer pəncərəsində klubdan onu satmasını xahiş edib.

Rekord.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin baş məşqçisi Ronald Kuman məlumat verib.

O bildirib ki, komandanın ikinci qapıçısının bu istəyini rədd ediblər:

"Agenti bizdən Netonu sərbəst buraxmağımızı istədi, amma rədd etdik. O, bizim üçün vacib bir oyunçudur, bütün mövqelərin tamamlanmasını istəyirik".