“Real”ın futbolçusu Vinisius Junior açıqlama verib.

Rekord.az xəbər verir ki, 19 yaşlı hücumçu “Barselona”yla keçirilən oyunlar və koronavirus səbəbiylə dayandırılan La Liqayla bağlı danışıb:

“Barselona” ilə oyunları yenidən izlədim, onlardan daha yaxşı olduğumuzu düşünürəm.

Bundan sonra formamızı bərpa etmək üçün çalışmalıyıq. Qələbələrə acıq və azarkeşlərimiz üçün liqanı qazanmaq istəyirik. Pandemiya səbəbiylə insanlar çox əziyyət çəkdilər. Bu uğurumuzla onları bu çətin vəziyyətdə dəstəkləmək istəyirik”.