Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Rekord.az xəbər verir ki, Fransada PSJ “Aston Villa”nı qəbul edib.

Oyunda hesabı ingilislər açsalar da, meydan sahibləri yekunda inamlı qələbə qazanıblar.

Digər qarşılaşma İspaniyada baş tutub. “Barselona” Dortmund “Borussiya”sini sınağa çəkib və 4 cavabsız qolla qalib gəlib.

Cavab oyunları aprelin 15-16-da keçiriləcək.

UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları

9 aprel

PSJ (Fransa) - “Aston Villa” (İngiltərə) 3:1
Qollar: D.Due, 39. X.Kvaratsxeliya, 49. N.Mendes, 90+2 – M.Rocers, 35

“Barselona” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya) 4:0
Qollar: Rafinya, 25. R.Levandovski, 48; 66. Lamin Yamal, 77.