![photo](https://www.rekord.az/storage/uploads/5/iniqo.jpg)
“Barselona”dan növbəti transfer
- 05 İyl 2023 17:15
- 347
“Barselona” növbəti transferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, Kataloniya klubu bu yay “Atletik”dən ayrılan mərkəz müdafiəçisi İnyiqo Martinesi heyətinə qatıb.
32 yaşlı ispan futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi keçib.
“Real Sosyedad”ın yetirməsi olan Martines 2018-ci ildən “Atletik”də çıxış edirdi. O, İspaniya yığmasında da 20 oyun keçirib, 1 qol vurub.