![photo](https://www.rekord.az/storage/uploads/5/844db7ab-dfaf-355c-9f7a-300da7a60b3e-850.jpg)
“Barselona”dan PSJ-yə 50 milyonluq keçid
- 12 Avq 2023 16:00
- 332
Fransanın PSJ klubu "Barselona"nın futbolçusu Usman Dembelenin transferini açıqlayıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu ilə 2028-ci ilin yayınadək müqavilə imzalanıb.
Fransalı forvard Paris təmsilçisində 23 nömrəli formanı geyinəcək. Fransa çempionu bu transfer üçün kataloniyalılara 50 milyon avro ödəyib.
Dembele 2017-ci ilin avqustundan "Barselona"da çıxış edirdi. Fransa millisinin üzvü daha əvvəl ölkəsinin "Renn" və Almaniyanın "Borussiya" (Dortmund) klublarının da şərəfini qoruyub.