
“Barselona”dan son 7 ildə ən uzun məğlubiyyətsizlik seriyası
- 13 Apr 2025 13:30
- 71
İspaniyanın "Barselona" klubu son 7 ildə ən uzun məğlubiyyətsizlik seriyasına imza atıb.
Rekord.az xəbər verir ki, Hans-Diter Flikin baş məşqçisi olduğu kollektiv ötən gün La Liqanın 31-ci turunda "Leqanes"i 1:0 hesabı ilə məğlub edib.
Komanda 2025-ci ildə 20 qələbə və 4 heç-heçəyə imza atıb. "Barselona" sonuncu dəfə 2017/2018 mövsümündə Ernesto Valverdenin rəhbərliyi altında 23 qələbə və 6 heç-heçə ilə yadda qalmışdı.
Komanda hazırda 70 xalla turnir cədvəlində ilk pillədə yer alıb.