"Barselona"dan yeni transfer
- 12 İyl 2023 18:00
- 294
İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az Kataloniya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Braziliyanın "Atletiko Paranaense" komandasından Vitor Roke transfer olunub.
Onun müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. 18 yaşlı hücumçu 2023/2024 mövsümündə icarə əsasında hazırkı klubunda çıxış edəcək.
Gənc forvard bir dəfə Braziliya millisinin də formasını geyinib.