![photo](https://www.rekord.az/storage/uploads/4/roberto.jpg)
"Barselona"nı tərk edir?
- 11 Mar 2021 16:00
- 622
"Barselona"nın futbolçusu Serxio Roberto yay transfer pəncərəsində klubu tərk edə bilər.
Rekord.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin 29 yaşlı müdafiəçinin 2022-ci ildə başa çatacaq müqaviləsini yeniləyib-yeniləməyəcəyi məlum deyil. Bu, baş məşqçi Ronald Kumanın fikrindən asılı olacaq.
Həmçinin "Barselona" Robertonu satmaq variantını da nəzərdən keçirir. Klub futbolçu üçün qarşı tərəfdən 60 milyon avro tələb edəcək.
Qeyd edək ki, Roberto bu mövsüm La Liqada 8 matça çıxaraq, 1 qol vurub və 2 qolun ötürməsini verib.