"Barselona"nı xilas edən bank
- 20 May 2021 16:25
- 648
“Barselona”nın prezidenti seçilən Xuan Laporta klubun maliyyə durumunu düzəltmək üçün önəmli addım atıb.
Rekord.az xəbər verir ki, dünyaca məşhur investisiya bankı “Goldman Sachs” “Barsa” ilə müqavilə bağlayıb.
Məlumata görə, bank İspaniya nəhənginə 500 milyon avro kredit ayırmağa razılaşıb.
Bu vəsaitin əksər hissəsinin futbolçuların məvaciblərinin ödənilməsinə sərf olunacağı deyilir. Amma bu vəsaitdən “Nou Kamp”da aparılan yenidənqurma işlərinə ayrılmayacağı da bildirilir.