“Barselona”da daha əvvəl koronavirusa yoluxan Miralem Pyaniç və Jan-Kler Todibo sağalıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu koronavirusa qalib gəlib.

Pyaniç və Todibo artıq “Barselona” ilə məşqlərə başlayıb. Onlardan öncə Samuel Umtiti də bu virusa qalib gələrək məşqləri bərpa etmişdi.