"Barselona"nın 22 yaşlı futbolçusu 250 min avroya maşın aldı
- 11 Fev 2021 16:00
- 598
"Barselona"nın futbolçusu Frantsisko Trinkao "Lamborghini Huracan EVO" idman avtomobilini alıb.
Rekord.az xəbər verir ki, avtomobili satan "JM Automocion" bu barədə instaqramda məlumat yayıb. Maşının qiyməti minimum 250 min avrodan başlayır. Satıcı 22 yaşlı yarımmüdafiəçiyə təşəkkür edib və avtomobildən zövq almasını arzulayıb.
Frantsisko Trinkao fevralın 7-də La Liqanın XXII turunda "Betis"lə görüşdə qələbə qolunu vurub - 3:2. Bu, oyunçunun Kataloniya təmsilçisinin əsas komandasında ilk qoludur.