Qətərin "Əl-Sədd" klubunun baş məşqçisi Xavi Ernandes açıqlama verib.

Rekord.az xəbər verir ki, ispaniyalı mütəxəssis keçmiş komandası "Barselona"nı çalışdırmağa hazır olduğunu bildirib:

"Edilən bütün təkliflər nəzərdən keçirilir və yekunda qərar verilir. Gələcəkdə nə olacağını bilmirəm, amma mən yeni sınağa hazıram".

"Barselona"nın baş məşqçisi Ronald Kumanla yollarını ayıracağı gözlənilir.