"Barselona"nın bəzi futbolçuları maaşlarının azaldılmasına qarşı çıxdı
- 26 Mar 2020 16:16
- 692
"Barselona"nın bəzi futbolçuları koronavirusa görə maaşlarının 70 faiz azaldılmasına qarşı çıxıblar.
Rekord.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. Bildirilib ki, Kataloniya klubu pandemiya səbəbindən maliyyə itkilərini hesablayıb və futbolçulara maaşlarının 70 faiz azaldılmasını təklif edib. Ancaq oyunçuların bir hissəsi bununla razılaşsa da, bəziləri buna qarşı çıxıb.
Qeyd olunub ki, "Barselona" İspaniyadakı karantin zamanı belə bir üsulu tətbiq etmək istəyir. Bəzi məlumatlara görə, maaşların 70 faiz azaldılması futbolçuların bir neçə həftə ərzində illik əmək haqlarının 5-10 faiz, digər məlumata görə isə, 20 faizə qədər itirməsinə səbəb olacaq.