İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Serxio Roberto maaşının azaldılmasına razılıq verib.

Rekord.az xəbər verir ki, futbolçunun klubla hazırkı müqaviləsi 2022-ci il iyununda başa çatacaq.

28 yaşlı futbolçu ilə yeni müqavilənin şərtləri artıq razılaşdırılıb.

Avqust ayında futbolçu ilə yeni müqavilə imzalanacaq.

Bir neçə gün əvvəl Jerar Pike də maaşının azaldılmasına və ödənişin bir neçə ay sonra edilməsinə razılıq vermişdi.