İspaniyanın "Barselona" klubunun futbolçuları Lamin Yamal və Aytana Bonmati "2024 Barça Players Award" mükafatına layiq görülüblər.


Rekord.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.


Bu mükafat onlara ötən mövsüm həm meydanda, həm də ondan kənarda nümunəvi davranışlarına, həmçinin klubun dəyərlərini qoruduqlarına görə "Agrupacio Barça Jugadors" (Barselona Oyunçular Birliyi) tərəfindən verilib.


Yamal ötən ay Avropada ilin ən yaxşı gənc futbolçusu mükafatına layiq görülüb. Bonmati isə bu ilin yanvarında FIFA tərəfindən ən yaxşı qadın futbolçu seçilib.