“Barselona”nın futbolçusu 3 aydan sonra sıraya döndü
- 05 Fev 2024 19:15
- 223
“Barselona”nın futbolçusu Mark-Andre ter Ştegen zədəsini sağaldıb.
Rekord.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Alman qolkiper komanda ilə məşqlərə qatılıb.
O, üç aylıq fasilədən sonra komandasının növbəti matçında – “Qranada” ilə oyunda meydana çıxa biləcək.
Ter Ştegen belindəki ağrılar səbəbindən ötən ilin noyabr ayının 12-dən bəri oynamırdı. O, dekabrda əməliyyat olunub.