“Barselona”nın futbolçusu ÇL-də tarixə düşdü
- 24 Okt 2024 16:40
- 120
İspaniyanın "Barselona" klubunun braziliyalı hücumçusu Rafinya Çempionlar Liqasında Almaniya təmsilçisi "Bavariya"ya qarşı matçda het-trik edən dördüncü futbolçu kimi tarixə düşüb.
Rekord.az xəbər verir ki, 27 yaşlı hücumçu Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda Barselonada keçirilən və meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatan oyunda Münhen komandasının qapısına vurulan qollardan üçünün müəllifi olub.
Rafinyadan əvvəl Çempionlar Liqasında "Bavariya"ya qarşı matçlarda Roy Makaay, Serxio Aquero və Kriştianu Ronaldu het-trik etməyi bacarıblar.
"Barselona" cari mövsüm Çempionlar Liqasında keçirdiyi üç matçda 6 xal toplayıb.