"Barselona"nın hücumçusu Lamin Yamal yeni rekordunu müəyyənləşdirib.

Rekord.az xəbər verir ki, o, futbol tarixinin 16 yaşlı ən bahalı oyunçusu olub. 

Belə ki, "Transfermarkt" portalı oktyabrın 13-də Laminin bazar qiymətini yeniləyib. Hazırda sözügedən vunderkindin dəyəri 50 milyon avrodur ki, bu da indiyədək heç bir 16 yaşlı oyunçuya qoyulmamış qiymətdir.

Bu mövsüm "Barsa" forması ilə bütün tunirlərdə 11 matça çıxan Lamin 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.