“Barselona”nın futbolçusu əməliyyat olunacaq
- 28 Avq 2024 19:00
- 135
“Barselona”nın yarımmüdafiəçisi Mark Bernal La Liqada “Rayo Valyekano” ilə son matçda (2:1) ciddi zədə alıb.
Rekord.az xəbər verir ki, Kataloniya klubu 17 yaşlı futbolçunun diaqnozunun nəticəsini açıqlayan press-reliz yayıb.
“Çərşənbə günü aparılan testlər göstərdi ki, Bernalın sol dizində ön çarpaz bağ yırtılıb və onu müşayiət edən meniskin zədəsi var” – bəyanatda deyilir.
Mark Bernal yaxın günlərdə əməliyyat olunacaq.
La Liqada mövsümün ilk üç oyununda “Barselona” 9 xal toplayıb.