İspaniyanın “Barselona” klubunun zədəli futbolçusu Filippe Koutinyo növbəti dəfə əməliyyat olunub.

Rekord.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

28 yaşlı yarımmüdafiəçi Braziliyada klubun həkimi Rodriqo Lasmarın nəzarəti altında uğurla əməliyyat olunub. Koutinyonun bərpa müddəti açıqlanmır. Amma onun zədə səbəbindən mövsümün qalan hissəsini buraxması istisna edilmir.

Braziliyalı yarımmüdafiəçi bu mövsüm “Barselona”nın heyətində cəmi 14 oyuna çıxıb və 3 qola imza atıb.