“Barselona”nın futbolçusu Ansu Fati İspaniya millisində debüt edib.

Rekord.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət İspaniya millisinin Monteneqro ilə qarşılaşdığı oyunda (2:0) iştirak edib. 

16 yaşlı Fati qarşılaşmanın 80-ci dəqiqəsində meydana daxil olub.

Qvineya-bisaulu Fati, bir müddət əvvəl İspaniya vətəndaşlığını alıb.