“Barselona” portuqaliyalı müdafiəçisi Nelson Semedonu əsas komandadan kənarlaşdırıb.

Rekord.az xəbər verir ki, buna sözügedən futbolçunun koronavirus pandemiyasına görə İspaniyada tətbiq olunan karantin qaydalarını kobud şəkildə pozması səbəb göstərilir.

Belə ki, Semedo bir doğum günü şənliyində iştirak edib. Onunla yanaşı həmin tədbirdə 19 nəfər olub və heç kim qoruyucu tibbi maskadan istifadə etməyib. Həmin görüntülər də sosial şəbəkədə yayılıb. Bu üzdən də klub rəhbərliyi futbolçunun komandadan ayrı, fərdi məşq etməsinə göstəriş verib. Müdafiəçinin koronavirus testlərinin nəticəsi mənfi çıxsa, o, yenidən əsas komanda ilə məşqlərə başlaya biləcək.