“Barselona”nın futbolçusu koronavirusa yoluxdu
- 13 May 2020 19:20
- 636
İspaniyanın “Valyadolid” klubunun iki futbolçusu koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, bunlar Oskar Plano və Mateus Fernandesdi.
Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Hər iki futbolçu karantinə alınıb.
Mateus Fernandes icarə əsasında “Valyadolid”də çıxış edir. “Barselona” yanvarda 21 yaşlı yarımmüdafiəçinin transfer hüquqlarını alıb. Fernandes 2020-ci ilin iyulunda “Barselona”ya qoşulacaq.