"Barselona" klubunun futbolçusu Rafinya "Real"a qarşı İspaniya Super Kubokunun final oyununu buraxacaq.

Rekord.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, buna cinah yarımmüdafiəçisinin bud nahiyəsindən zədə alması səbəb olub.

Yanvarın 14-də Səudiyyə Ərəbistanında gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Rafinya cari mövsüm Kataloniya təmsilçisinin heyətində 18 oyuna çıxıb, 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.