“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı
- 22 Apr 2024 21:00
- 171
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq topuğundan aldığı zədə səbəbindən mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.
Rekord.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi 2024-cü il Avropa çempionatının startına kimi sağalacaq və milli komandaya kömək edə biləcək. Niderland millisi qrupda Fransa, Polşa və Avstriya ilə qarşılaşacaq. Turnir iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
La Liqanın 31-ci turunun “Real”la oyununda (2:3) niderlandlı futbolçu xərəkdə aparılıb.
26 yaşlı Frenki de Yonq bu mövsüm 30 oyun keçirib və 2 qol vurub. Futbolçunun “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir.