
“Barselona”nın futbolçusunda koronavirus aşkarlandı
- 2020-12-02 19:00
- 59
“Barselona”nın futbolçusu Serxi Roberto koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Koronavirus testi müsbət çıxan Roberto karantinə alınıb.
28 yaşlı futbolçunun səhhəti yaxşıdır.