“Arsenal”ın və “Barselona”nın sabiq müdafiəçisi Hektor Bellerin karyerasını “Betis”də davam etdirəcək.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

28 yaşlı ispaniyalı futbolçu ilə 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Bellerinin bu yay “Sportinq”lə müqaviləsi başa çatıb. Müdafiəçi artıq 2021/22 mövsümündə icarə əsasında “Betis”də çıxış edib.