"Barselona"nın maddi vəziyyəti gözləniləndən daha pisdir
- 01 Apr 2021 13:23
- 546
"Barselona"nın yeni rəhbərliyi klubun maliyyə vəziyyəti ilə bağlı daxili yoxlama aparıb.
Rekord.az Kataloniyanın Esport3 kanalına istinadən xəbər verir ki, klubun maliyyə vəziyyətinin gözləniləndən daha pis olduğu ortaya çıxıb.
Belə ki, nəticələrə əsasən, bu mövsüm üçün itkilər 350 milyon avro təşkil edə bilər və "Barselona" 2022/23 mövsümündən tez pul qazanmayacaq.
Bu qiymətləndirmə Lionel Messinin komandada qalacağı və klubun yeni bir hücumçu alacağı ehtimalına əsaslanır .
Buna baxmayaraq, "Barsa"nın yeni icraçı direktoru Ferran Reverter klubun iqtisadi baxımdan rəqabət qabiliyyətini itirmədən iqtisadi böhrandan çıxa biləcəyinə əmindir.