“Barselona”nın prezidenti Bakıda: “Azərbaycanda olmaqdan məmnunam”
- 18:10
- 28
İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta Bakıya gəlib.
Rekord.az xəbər verir ki, klub prezidenti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə ölkəmizə səfər edib.
Laportanı hava limanında idman ictimaiyyəti və media mənsubları qarşılayıblar.
O dəvətə görə Azərbaycana təşəkkür edib: “Bakıya sammitə görə gəlmişəm. Ölkənizdə olmaqdan məmnunam. Azərbaycana təşəkkür edirəm".