“Barselona” klubunun prezidenti Xosep Maria Bartomeu korrupsiyada ittiham olunur.

Rekord.az xəbər verir ki, bu barədə İspaniyanın “El Mundo” nəşri məlumat yayıb.

Xəbərdə, Bartomeunun “I3 Ventures” şirkəti ilə müqavilə imzaladığı zaman şəxsi mənfəət götürdüyü bildirilir. Kataloniya polisi, “Barselona”nın “I3 Ventures” media şirkətinə bazar qiymətindən daha çox pul ödədiyini təsdiqləyib.

Bartomeunun bu şirkət vasitəsilə rəqiblərinə və komandanın futbolçuları Lionel Messi ilə Jerar Pikeyə qarşı kiberhücumlar təşkil etdiyi deyilir.