"Barselona" rəhbərliyi komandanın kapitanı Lionel Messinin başqa komandaya keçə bilməsi üçün güzəştə getmək fikrində deyil.

Rekord.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Giyom Balaqe özünün sosial şəbəkədəki hesabında yazıb.

Onun sözlərinə görə, argentinalı futbolçu klubun prezidenti Jozep Mariya Bartomeu ilə görüşmək istəsə də, o, bundan imtina edib.

33 yaşlı hücumçunu komandanın "əsas silah"ı hesab edən rəhbərlik onun yalnız müqaviləsində qeyd olunmuş 700 milyon avroluq təzminat qarşılığında satıla biləcəyini vurğulayıb.