“Barselona”nın prezidenti: “Qrizmann daha artığını edə bilərdi, amma…”
- 08 Sen 2021 14:21
- 659
“Barselona”nın prezidenti Xuan Laporta açıqlama verib.
Rekord.az xəbər verir ki, Laporta icarə əsasında “Atletiko”ya keçən futbolçu Antuan Qrizmannla bağlı fikirlərini söyləyib:
“Xüsusi vəziyyət yaranmışdı. Hamımız ondan çox şey gözlədik. Amma mən onu tənqid etmək istəmirəm.
Qrizmann sistemimizə uyğun deyildi. Hər zaman xoş əhval-ruhiyyəsi var idi. Ona karyerasında və həyatında uğurlar arzu edirəm.
“Barselona” üçün vacib qollar vurub. Daha artığını edə bilərdi, amma çətin vəziyyətə düşmüşdü”.