“Barselona”nın prezidentindən Neymar və Martineslə bağlı açıqlama
- 27 İyl 2020 15:21
- 515
“Barselona”nın prezidenti Xosep Maria Bartomeu açıqlama verib.
Rekord.az xəbər verir ki, AS nəşrinə danışan Bartomeu Neymar və Lautaro Martinesin mümkün transferi haqda bunları deyib:
“Neymarın transferini reallaşdırmaq çətindir. Onu almaq istəyiriksə, başqa bir futbolçu əks tərəfə getməlidir. “İnter”lə Lautaro Martinesin transferi haqda danışığımız oldu, amma indi fasilə vermişik. Çempionlar Liqası bitdikdən sonar transfer mövzularına davam edəcəyik”.